Xəstə heyvanlara aid 400 kiloqram ət aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xəstə heyvanlara aid 400 kiloqram ət aşkarlandı

Rəsmi

18 Aprel 2019 15:28 780


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, növbəti belə tədbir aprelin 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirilib.

Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid “Aqoniya” xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan, 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb. Sezar pizza

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!