“Xəstə ölür artıq, indi biz nə edək?” – Səhiyyədən daha bir şikayət

saytların hazırlanması

Evə çatdırılma

“Xəstə ölür artıq, indi biz nə edək?” – Səhiyyədən daha bir şikayət

Xalqın səsi

25 Avqust 2021 10:15 15981


Covid 19-la bağlı şikayətlər hər gün dayanmadan artır. Gün keçdikcə vəziyyət ağırlaşır.

Bu gün Füzuli rayon sakini tərəfindən Yenisabah.az daha bir şikayət daxil olub. Rayon sakini Rasim Bağırov bildirir ki, onun bacısı Həsənova Sinəzər Bağır qızı ağır xəstədir. O, müalicə ümün paytaxta gəlmək məcburiyyətindədir. Bunun üçün də, Covid testi verib, amma 5 gündür cavab veerilmir:

“Əsas xəstəliyi ürəyində olduğu üçün çox əziyyət çəkir, ürəyinə su yığılıb. Əvvəllər bir az yaxşı idi, indi daha da pisləşib.  Dördpendirli pizza

Biz də düşündük ki, bəlkə virusa yoluxub. Avqustun 21-i Füzuli rayon Mərkəzi Xəstəxanasında test verdik. 5 gün keçdi testdən bir cavab gəlmədi. 

Xəstəxanaya getdik dedilər ki, test verən şəxs qeydiyyatda deyil, portalda adı da yoxdur. Bu hadisədən sonra Səhiyyə Nazirliyinə  də müraciət etdim yenə maraqlanan olmadı. Analizin cavabı çıxsa idi bilərdik ki, xəstəni Bakıya gətirək ya yox. Xəstə ölür artıq indi biz nə edək? Təcili yardıma zəng edirik onlar da gəlmir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!