Bu çimərliyi kim dağıdır? -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu çimərliyi kim dağıdır? - Fotolar

Rəsmi

10 İyun 2019 05:54 1780


Lənkəranda vaxtilə məşhur çimərliklərdən biri olan Sutemurdov kəndində Gülbağı deyilən ərazidə yerləşən çimərlik bərbad durumdadır.

Bu haqda “Yeni Sabah”a məmumat verən sakinlər deyirlər ki, bir zamanlar müalicə əhəmiyyətli hesab olunan çimərlik indi sözün əsl mənasında xəstəlik mənbəyidir. Ərazi təkcə təbiətin yaratdığı tullantılarla deyil, sakinlərin atdığı məişət zibilləri ilə eybəcər durum yaradıb.

Bundan əlavə olaraq çimərlikdəki qara qum Sovetlər zamanı  müalicə məqsədi ilə istifadə olunub. İttifaqın müxtəlif yerlərindən insanlar bura gələrək şəfa məqsədi ilə bu qumda günəşləniblər. Sakinlər deyirlər ki, aidiyyatı qurumlar çimərliyin qumunu satmaqla məşğuldur. Hər gün ərazidən bir neçə maşın qum çıxarılır.  pizza sifarişi

Həmçinin, ərazi təmizlənmir və insanlar bu çirkli çimərlikdən istifadə etmək məcburiyyətində qalırlar. Rayon icra hakimiyyəti və müvafiq qurumlara edilən müraciətlər isə heç bir nəticə vermir.

Ərazidən çəkilmş fotoları təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!