Xəstənin bədənində qayçı saxlayan həkimlərə və tibb bacısına şiddətli töhmət verildi

saytların hazırlanması

Evə çatdırılma

Xəstənin bədənində qayçı saxlayan həkimlərə və tibb bacısına şiddətli töhmət verildi

Sağlamlıq

14 Yanvar 2020 14:19 1304


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat zamanı qadının qarın boşluğunda qayçı qalmasına dair məlumat yayıb. 

"Yeni Sabah" xəbər verir ki, birlikdən verilən məlumata görə, 2 iyul 2019-cu il tarixində pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub. 2 dekabr 2019-cu il tarixində xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb. 

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!