Xəstəxanada müalicə alan şəxs boğularaq öldürülüb? -   Araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanada müalicə alan şəxs boğularaq öldürülüb? - Araşdırma başladı

Hadisə

14 Aprel 2026 11:08 430


Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alan İsmayılov Miri Qüdrət oğlu vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, yaxınları onun işgəncə nəticəsində qəsdən öldürüldüyünü iddia edirlər.

M.İsmayılovun doğmaları onun meyitinin foto və videosunu sosial şəbəkələrdə yayıblar. Həmin materiallarda mərhumun boğaz və qarın nahiyyəsində müxtəlif xəsarət izlərinin olduğu görünür. pizza hut

Hadisə ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasından bildirilib ki, faktla əlaqədar artıq araşdırmalar aparılır:

“Cinayət-Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, istintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır və bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər. Həmçinin “İnformasiya əldə etmək haqqında” qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir.

Bu səbəbdən, Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticələri və digər məlumatlar istintaq orqanına təqdim olunur”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!