“Dərmanların arasında çaşıb qalmışam. Gəlinim sağ olsun, kömək edir. Həkim də xeyli qadağalar qoyub. Yağlı, şirin, turş, acı olmaz, bir sözlə, ciddi pəhriz rejimindəyəm. Sıyıq yeməkdən birtəhər olmuşam”.
Bu sözləri “Yeni Sabah”a xəstəxanadan evə buraxılan Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.
Xalq artisti bildirib ki, hazırda müalicəsi ev şəraitində davam edir: Pepperoni pizza
“Bundan sonra ikinci kurs müalicə alacam. Ev şəraitində müalicəni davam etdirmək çox çətindir. Xəstəxanada hər şey qanun-qayda ilə idi. Özüm də bir az emossional adamam. Hər şeyə əsəbləşirəm. Evdəkilər mənə dəstək olur. Saat hesabı dərmanlar qəbul edirəm. Əsas çətinliyim yeməklə bağlıdır. Sıyıq, çuğundur, alma, bişmiş kök, buxarda hazırlanan tərəvəzlərlə qidalanıram”.
Ə. Mahmudov evdə müalicə aldıqdan sonra yenidən müayinə və analizlər üçün xəstəxanaya gedəcəyini deyib:
“2 həftə evdə olacam, daha sonra yenidən xəstəxanaya gedəcəm. Orada müayinələr aparılacaq və yenidən analizlər alınacaq. Ondan sonra vəziyyətə uyğun olaraq müalicə prosesi davam etdiriləcək. Heç özümü bu cür təsəvvür etmirdim. Belə həyata öyrəşməmişəm.
Dost-tanışlar da xəstəxanada mənə baş çəkirdilər. Hamısı sağ olsun. Heç düşünmədiyim şəxslər yanıma gəldi. Yəqin ki, bu gündən yenə də gələnlər olacaq. Maraqlanan, narahat olan hər kəsə təşəkkür edirəm”.
Xatırlatma: bir müddət əvvəl Xalq artisti Şeyx Əbdül səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Hazırda onun tənəffüs yolları və mədə-bağırsaq sistemi ilə bağlı müalicəsi ev şəraitində davam edir.
Aydan Hacı
Telegram kanalımız