Bakıda əməliyyat:   20 kq narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əməliyyat: 20 kq narkotik aşkarlandı

Kriminal

09 Yanvar 2026 14:27 500


Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!