Xətai rayonunda zibil qutularının yerini dəyişdilər – Sakinlərdən etiraz 

Xətai rayonunda zibil qutularının yerini dəyişdilər – Sakinlərdən etiraz 


1 saylı xüsusi təyinatlı MKTB-nin 118 saylı mənzil-kommunal istismar sahəsindən şikayət var.

Xətai rayonu, Neapol 214 ünvanında yaşayan bina sakinləri 118 saylı mənzil-kommunal istismar sahəsinin zibil qutularının yerini dəyişərək, onun yerində ödənişli dayanacaq yaratdığını iddia edib.

Bina sakini Anar Məmmədov Yenisabah.az-a şikayətində bildirib ki, bir sıra dövlət qurumlarına bu haqda şikayət ünvanlasa da, onun şikayətinə baxan olmayıb:

“118 saylı mənzil-kommunal istismar sahəsi zibil qutularını bizim binanın qarşısına qoyub, öz ərazisini isə pullu dayanacağa çevirib. Bu haqda departamentə şikayət etdik, şikayətə baxan olmadı, daha sonra Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məktub ünvanladıq, lakin bizim problemimizə baxan olmadı.

Yaxınlıqda restoran yerləşir, həmin restoran da öz zibillərini binanın qarşısına qoyulan zibil qutularına atır. Mövsüm dəyişir, bir azdan havalar da isinəcək və üfunət iyindən dayanmaq mümkün olmayacaq”.

Məsələ ilə bağlı 1 saylı xüsusi təyinatlı MKTB-nin 118 saylı mənzil-kommunal istismar sahəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!