Xətai sakinləri bu qərardan narazıdır: 1500 manat kompensasiya - Fotolar

Xətai sakinləri bu qərardan narazıdır: 1500 manat kompensasiya - Fotolar

Xalqın səsi

24 Yanvar 2023 10:01 2823


Xətai rayonu 8 noyabr prospekti bina 80 ünvanında yaşayan sakinlər binanın sökülməsi və mənzillərin əvəzinə kompensasiya ödənilməsi ilə bağlı qərardan narazıdırlar.

Bu haqda “Yeni Sabah”a müraciət edən sakinlər bildirib ki, mənzillərin əvəzinə onlara hər kvadratmetr üçün 1500 manat pul təklif olunur. Bu isə onların müvafiq yaşayış yeri əldə etmələri üçün kifayət qədər az məbləğdir.

Bildirək ki, Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli qərarı ilə Xətai rayonu 8 noyabr prospekti 80 ünvanında yerləşən yaşayış binasının 15 mənzilinin sökülməsi 1 milyon 681 min manat pul ayrılıb. 

Sakinlər deyir ki, sözügedən bina yataqxanadır və hər bir mənzilin kvadratmetri kifayət qədər azdır. Buna görə də hesablanan kompensasiya onların mənzillə təmin olunması üçün yetərli deyil. Sakinlər məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət edərək kompensasiyanın məbləğinin artırılmasını xahiş ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!