“Xətai“ stansiyasında eskalatorlar quraşdırılır

saytların hazırlanması

Evə çatdırılma

“Xətai“ stansiyasında eskalatorlar quraşdırılır

Sosial

12 Fevral 2019 19:03 880


“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır.

“Yeni Sabah” xəbər verir ki, keçən il, sentyabrın 27-də istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəz edilməsi məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanmış “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi başlanıb. Dekabr ayının ikinci ongünlüyündə sökülməsi başa çatmış “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb. Qeyd edək ki, əvvəlcədən tərtib edilmiş plana əsasən, bu işlərə fevral ayında başlanmalı idi.

Təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınmışdı.  pizza

Qeyd edək ki, stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonar sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!