Xətaidə 3 kq narkotik müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə 3 kq narkotik müsadirə olundu

Kriminal

26 Yanvar 2023 12:26 786


Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfərdən 3 kiloqrama yaxın heroin götürülüb

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb. 

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitənj paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Pepperoni pizza

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!