Xətaidə gərginlik davam edir: gecə hədəsi və təxribat

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə gərginlik davam edir: gecə hədəsi və təxribat

Xalqın səsi

06 May 2019 06:03 3695


Xətai rayonu M.Hadi küçəsində iki binanın sakinləri gecə saatlarında ayağa qalxıblar.
Sakinlərin küçələrə çıxmasına səbəb naməlum nömrədən gələn telefon zəngi olub. Sakinlər bildiriblər ki, zəng edən şəxs onları hədələyib. Zəngdən dərhal sonra isə sakinlərin qoruduğu ərazidəki projektorun işıqları kəsilib. Bina sakinləri dərhal məsələ ilə bağlı polisə muraciət ediblər. 
Qeyd edək ki, 2 gün əvvəl M.Hadi küçəsindəki 93 və 99 nömrəli binaların arasında çəpərlənmə işləri görülərək 130 -a yaxın ağac köçürülüb, bəziləri isə gecəylə kəsilib.
Bina sakinlərinin etirazından sonra ərazidə yenidən ağaclar əkilib. Gün ərzində ərazi sakinlər tərəfindən növbəylə qorunur.
Musavat.com
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!