Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
“Yeni Sabah” xəbər verir ki, cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 2 km uzunluğa malik 2 küçənin 40 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Bu uzunluğu 0.8 km, köməkçi yolları ilə barabər ümumi eni 44 metr olan Neapol küçəsi və 1.2 km uzunluğunda, 6 metr enində olan “NZS” qəsəbəsinin Levanovski küçəsidir. Dördpendirli pizza
Hazırda isə təmir-tikinti işləri Xətai rayonu üzrə ümumi uzunluğu 5.2 km olan 3 küçədə təmir-tikinti işləri davam etdirilir. Təmir olunan ərazinin sahəsi 80 min kv.m-ə yaxındır.
Bu 3.2 km uzunluğa, 19 metr enə malik Mehmandarov küçəsi, həmçinin “NZS” qəsəbəsinin 900 metr uzunluğunda olan Aşıq Qurban və 1.1 km uzunluğunda olan Mingəçevir küçələridir.
Belə ki, sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 8 km-ə yaxın uzunluğa malik 6 küçənin təqribən 90 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.
Bu “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri, Əhmədli qəsəbəsində 3 km uzunluğa malik Şahin Səmədov, “7-ci qəsəbə küçəsi” və Aşıq Ələsgər küçələri, həmçinin 2.8 km uzunluğunda olan Naximov küçəsidir.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Telegram kanalımız