Xəttin yerini özbaşına dəyişdirmək istəyən sakin abonentləri qazsız qoydu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xəttin yerini özbaşına dəyişdirmək istəyən sakin abonentləri qazsız qoydu - Foto

Hadisə

28 İyun 2020 15:17 845


“Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində vətəndaş Sumqayıt qaz istismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib”.

“Azəriqaz İB”dən Yenisabah.az-a verilən məlumata görə, o, qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb:

“Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb. Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir”. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!