Mərhum bəstəkar Xəyyam Mirzəzadənin həyat yoldaşı Lamiyə Mirzəzadə ötən gün ürək çatışmazlığından həyatını itirib.
Yenisabah.az xəbər verir ki, Lamiyə Mirzəzadə 1933-cü il yanvarın 21-də Bakı şəhərində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin İndiki Bakı Dövlət Universiteti) hüquq fakultəsini bitirib.Təhsilini başa vurduqdan sonra neft emalı zavodunda məsləhətçi hüquqşünas vəzifsində çalışıb. 1962-ci ildə Bakı Dövlət Universitetinin aspirantura şöbəsinə qəbul olunub.
1969-cu ildən Azərbaycan Dövlət İqitsad Universitetinin «Hüquq» kafedrasının müəllimi vəzifəsində çalışıb. «Mülki hüquq» və «Əmək hüququ» proqramının müəllifi olub və bir çox elmi konfranslarda çıxış edib. İqitsad Universitetinin «İqtisadi hüquq» kafedrasının baş müəllimi olub. pizza sifarişi
Telegram kanalımız