Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradılıb.
XİN-dən “Yeni Sabah” a verilən məlumata əsasən, qrup Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi kimi yaradılıb.
Azərbaycan tərəfi 19-20 fevral 2019-cu il tarixlərində Bakı şəhərində adıçəkilən İşçi Qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcək. İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur. Dördpendirli pizza
İclasda ölkəmiz Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda səlahiyyətli nümayəndə Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Telegram kanalımız