Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - FHN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - FHN-dən açıqlama

Hadisə

14 Oktyabr 2019 16:42 1009


Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən, 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən"Yeni Sabah"a daxil olan məlumata görə, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Toyuqlu pizza

Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, itkin düşən balıqçının axtarışına oktyabrın 8-dən başlanılıb. Onunla bərabər olan 3 nəfər həmin gün tapılıb xilas olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!