Xəzərdə silsilə talama cinayətləri törədildi - Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə silsilə talama cinayətləri törədildi - Saxlanılan var

Kriminal

18 Aprel 2026 17:16 693


Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirlliyinin Mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub. Sezar pizza

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!