Xəzərin suyu çəkildi, 4 min illik şəhər gün üzünə çıxdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin suyu çəkildi, 4 min illik şəhər gün üzünə çıxdı - Video

Dünya

03 İyul 2019 14:22 1518


Türkiyənin Elazığ şəhəri ətrafında yerləşən Xəzər gölündə su səviyyəsinin aşağı düşməsi nəticəsində "Batan şəhər” kimi tarixə düşən yaşayış məskəninin qalıqları ortaya çıxıb.

"Yeni Sabah" xəbər verir ki, Xəzər Baba və Məsdər dağları arasında yerləşən, 22 km uzunluğa və 6 km enə sahib Türkiyənin ən dərin göllərindən biri olan Xəzər mavi və yaşılın müxtəlif tonları ilə əsrarəngiz mənzərə ortaya çıxarır.

Xəzər gölündə 1890-cı illərdə meydana gələn zəlzələ nəticəsində sulara qərq olan və minlərlə il keçmişə sahib "Batan şəhər” qala divarları və bürcləri ilə birlikdə gün üzünə çıxır. Aparılan arxeoloji araşdırmalar zamanı 11-ci əsrə aid qalıqlar çox sayda tapılsa da, şəhərin 4 min il əvvəl salındığına dair dəlillər də mövcuddur./Publika.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!