Xıdır Alovlu vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Xıdır Alovlu vəfat edib

Siyasət

27 Yanvar 2019 03:45 3853


II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.

Bu barədə sumqayıtlı jurnalist Rəhman Orxan bildirib. Onun sözlərinə görə, bu il martın 2-də X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.

Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 20də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Marqarita pizza

1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür.  2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib.  O, həm də şair-yazıçı kimi tanınırdı.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!