XİN Avropa İttifaqının Ermənistandakı Missiyasının rəhbərinin Ritterin açıqlamasına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

XİN Avropa İttifaqının Ermənistandakı Missiyasının rəhbərinin Ritterin açıqlamasına cavab verdi

Siyasət

28 Mart 2023 22:37 731


Almaniyanın “Deutsche Welle” qəzetində yayımlanmış müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter iddia edib ki, “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ Missiyasının uğuru olacağını” qeyd edib.

Yenisabah.az xəbər verir ki, XİN sözçüsü Ayxan Hacızadə buna cavab olaraq bildirib:

“Aİ Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq. Marqarita pizza

Bu Missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb.

Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Ermənistan tərəfinin Aİ Missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.

Aİ Missiyası yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!