XİN başçıları bölgədəki son vəziyyəti müzakirə edib

saytların hazırlanması

Evə çatdırılma

XİN başçıları bölgədəki son vəziyyəti müzakirə edib

Siyasət

28 Sentyabr 2022 14:14 744


Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı zamanı bölgədəki son vəziyyəti müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb. Pepperoni pizza

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!