XİN-dən Cəmmu və Kəşmirdə baş verənlərə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Cəmmu və Kəşmirdə baş verənlərə reaksiya

Siyasət

15 Avqust 2019 15:42 1014


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar mövqeyini açıqlayıb.

"Yeni Sabah"ın xəbərinə görə, KİV nümayəndələrinin sualının cavablandıran XİN-in Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır:

"Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir. pizza mizza

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!