XİN-dən Ermənistana cavab

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Ermənistana cavab

Rəsmi

02 İyun 2019 11:04 1132


“Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur”.

“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla Azərbaycan XİN-i çıxış edib. Açıqlamada bildirilir ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. 

“Reallıqlar isə dəyişilməz olaraq qalır; Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil. Sezar pizza

Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi, məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!