XİN Nadianı qara siyahıdan çıxartdı

saytların hazırlanması

Evə çatdırılma

XİN Nadianı qara siyahıdan çıxartdı

Siyasət

07 Fevral 2019 15:25 1029


Ukrayna vətəndaşı teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.

Habelə, sözügedən şəxs gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Marqarita pizza

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və Nadia Bazivin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!