XİN rəhbəri: “Minalar hər gün insan ölümünə səbəb olur”

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri: “Minalar hər gün insan ölümünə səbəb olur”

Siyasət

17 May 2023 17:14 719


“Azərbaycan ərazisinin kütləvi şəkildə minalarla çirklənməsi və bununla paralel Ermənistanın minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi ciddi humanitar təhlükədir və demək olar ki, hər gün insan ölümünə səbəb olmaqda davam edir”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib.

“Azərbaycan Ermənistana münaqişədən sonra normallaşma proqramını təklif edib. Tərəflər bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına hörmət və qarşılıqlı tanınma əsasında dövlətlərarası münasibətlər üçün çərçivə təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son aylarda aparılan danışıqlara baxmayaraq, irəliləyiş hələ də gözləntilərimizi doğrultmur. Azərbaycan beynəlxalq ictimaiyyətin normallaşma prosesinə verdiyi töhfəni yüksək qiymətləndirir və bu kontekstdə Avropa Şurası çərçivəsində Ermənistanla Azərbaycan arasında etimadın yaradılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirir”, - deyə XİN rəhbəri vurğulayıb. Marqarita pizza

C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, rekonstruksiyası və reinteqrasiyası istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Nazirin sözlərinə görə, bu tədbirlər yüzminlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!