XİN rəhbərləri Ankarda toplaşır -   Qlobal ərzaq qıtlığı məsələsi müzakirə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbərləri Ankarda toplaşır - Qlobal ərzaq qıtlığı məsələsi müzakirə olunacaq

Siyasət

05 İyun 2022 12:13 1151


Sabah Ankarada üçtərəfli görüş keçiriləcək.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal ərzaq böhranını qiymətləndirmək üçün yaxın 2 həftədə 9 ölkənin xarici işlər nazirlərini qəbul etməyə hazırlaşır.

İyunun 7-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və türkmən vəzifədaşları Ceyhun Bayramov və Rəşid Meredovu iştirakı ilə üçtərəfli görüş keçiriləcək. pizza hut

Bundan sonra Makedoniyanın və Hollandiyanın XİN rəhbərləri Türkiyəyə gələcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Ukraynadan taxıl daşımaq üçün Qara dənizdən təhlükəsiz keçidin yaradılmasını müzakirə etmək üçün hərbi nümayəndə heyəti ilə Ankaraya gəlməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!