Nazirlər Arlinqton danışıqlarını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Arlinqton danışıqlarını müzakirə etdi

Siyasət

05 May 2023 14:19 276


Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər  Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları da müzakirə ediblər. pizza hut

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!