“XİN rəhbərlərinin görüşündə müəyyən razılaşma olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“XİN rəhbərlərinin görüşündə müəyyən razılaşma olacaq”

Siyasət

10 Oktyabr 2021 14:36 2819


Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında rəsmi surətdə müəyyən mesajlar verilir və xarici işlər nazirlərinin görüşü gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, xarici işlər nazirlərinin bu görüşü həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşünə də bir hazırlıq, müəyyən detalların razılaşdırılması olacaq. Toyuqlu pizza

“Göründüyü kimi ikitərəfli təmasların yaradılması, Azərbaycan və Ermənistan liderlərinin də birbaşa görüşü əlbəttə ki, müsbət istiqamətdə formalaşmağa yönəlibdir. Artıq böhran arxada qalıb, münaqişə bitib və Ermənistan da blokadadan çıxmağa çalışır. Ona görə də Erm’nistan Azərbaycanla normal bir münasibətlər qurmalıdır.

Nə qədər ki, Ermənistan tərəfi münaqişədən əvvəlki siyasəti davam etdirərsə, müəyyən ritorikalara yol verərsə, əlbəttə ki, bu, Ermənistanın əleyhinə olacaq. Ona görə də mən xarici işlər nazirlərinin bu görüşündə müəyyən müsbət bir prosesin, müəyyən bir razılaşmanın olacağını düşünürəm. Əlbəttə ki, əsas razılaşmalar cənab İlham Əliyev və Nikol Paşinyanın görüşündə ola bilər. Amma bu görüş müsbət təmasların formalaşmasına, müəyyən razılıqların əldə olunmasına gətirib çıxaracaq”, deyə politoloq Məhəmməd Əsədullazadə bildirib./Sia


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!