XİN rəsmisi “Haber Global”a Ermənistanın təxribatlarından DANIŞDI – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

XİN rəsmisi “Haber Global”a Ermənistanın təxribatlarından DANIŞDI – VİDEO

Siyasət

15 Sentyabr 2022 15:55 885


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri dəyərləndirib.

Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfi heç vaxt gərginlikdə maraqlı tərəf olmayıb.

“Xüsusən də indi. Bilirsiniz ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq və infrastruktur layihələri həyata keçirir. Məcburi köçkünlərimiz öz torpaqlarına geri dönürlər. Sülh müqaviləsinin müzakirə edildiyi bir vaxtda Ermənistan tərəfinin təxribata əl atması bu ölkənin normallaşma prosesinə zərər vurmaq niyyətlərindən xəbər verir”, - deyə XİN-in mətbuat katibi vurğulayıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!