XİN: Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır

saytların hazırlanması

Evə çatdırılma

XİN: Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır

Siyasət

21 Oktyabr 2021 18:52 962


Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

O qeyd edib ki, bir-birinə yaxın olan Azərbaycan və İran dövlətləri istisnasız olaraq bütün məsələləri siyasi və diplomatik metodlarla həll etməlidir. Dördpendirli pizza

“Biz öz tərəfimizdən regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına istiqamətlənən səylər göstəririk. Hesab edirik ki, bu cür iş İran da daxil olmaqla regionun bütün ölkələrinin maraqlarına cavab verməlidir”, - M. Zaxarova vurğulayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!