Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir.
Yenisabah.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, Rusiyanın Ermənistandakı hərbi bazası mövzusuna toxunaraq xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb: Dördpendirli pizza
“Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir, bundan sonra müqavilə avtomatik olaraq 5 illik müddətə uzadılır”.
Qaluzin qeyd edib: “Rusiya əsgər və zabitləri təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edir. Biz Ermənistanda hərbi mövcudluğumuzla bağlı hər hansı müzakirələri zərərli və yersiz hesab edirik”.
Telegram kanalımız