Xınalıq yolunda son vəziyyət – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xınalıq yolunda son vəziyyət – Fotolar

Rəsmi

21 Mart 2019 16:43 1058


Bir-neçə gündür ki, dağlıq ərazilərdə davam edən qeyri-sabit hava şəraiti və qarın yağması Xınalıq yolunda ciddi problemlər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, ötən gün intensiv şəkildə qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 34-36-cı km-lik hissəsində, dərədə qar uçqunu qeydə alınıb. Agentliyin ərazidə olan əməkdaşları və texnikanın köməkliyi ilə yolda qalan vətəndaşlar ərazidən çıxarılıb.

Yolun qar uçqunundan təmizlənməsi üçün ötən gün hava qaralana kimi aparılan işlər bu gün səhər saatlarından da davam etdirilir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub. Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq yolun axşam saatlarına qədər açılması üçün işlər mümkün dərəcədə sürətlə aparılır. pizza sifarişi

Aparılan işlər nəticəsində hazırda yolun 34-cü km-nə qədər avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir çətinlik yoxdur. Buna baxmayaraq təcrübəsi az olan və əraziyə bələd olmayan sürücülərdən, avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayanlardan sözügedən yoldan istifadə etməsi tövsiyə olunmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!