Xırdalanda dayanacağın satılması ilə bağlı məsələ böyüyür

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda dayanacağın satılması ilə bağlı məsələ böyüyür

Xalqın səsi

26 Avqust 2019 17:15 1377


“Əvvəlcə Abşeron İcra Hakimiyyəti “lent.az”-a açıqlamasında Xırdalanın Nizami küçəsində - “Aytac” restoranıyla üzbəüz avtobus dayanacağının yerində tikinti getdiyini danıb. 4-5 yüz metr aralıdakı dayanacağın yerində də tikinti var, o bina artıq bitmək üzrədi. Camaat avtobusa küçənin az qala ortasında minir”.

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Ayla Yaqublu yazıb. O, bildirib ki, İH-dən sonra deyiblər ki, o yerdə ancaq söküntü gedir, tikinti yoxdu. Daha sonra sözlərini bir də dəyişib deyiblər ki, orda əvvəl obyekt olub, indi sahibi söküb, özü nəsə tikir, İH-nin xəbəri yoxdur: 

“Birincisi, əvvəl orda dayanacaq və dayanacağa bitişik balaca bir otaqcıq vardı - gah ayyaqqabı ustasına, gah da dərziyə icarəyə verirdilər. Bir də dayanacağın arxasında kiçik bir həyət evi vardı. İndi hamısını söküb dərin özül qazlblar - nə səki qalıb, nə dayanacaq.  pizza sifarişi

İkincisi, camaat İH-dən icazəsiz evində iki daşı üst-üstə qoya bilmir, amma orda o boyda “kotlovan” qazılıb, İH-nin xəbəri yoxdu!

Üçüncüsü, belə tikinti o balaca evin sahibinin işi deyil. Ərazini yeni sahibinə verən də, şəhərsalma qaydalarını pozan da Abşeron İH-di.

İradə Gülməmmədova, Xırdalan sakinlərini niyə gerizəkalı yerinə qoyursuz?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!