Xırdalanın 27-ci məhəlləsində qalmaqal –   İcra nümayəndəsi əraziyə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanın 27-ci məhəlləsində qalmaqal – İcra nümayəndəsi əraziyə gəldi

Xalqın səsi

06 Sentyabr 2019 14:41 1660


Xırdalan şəhərinin 27-ci məhəlləsində qalmaqal yanaşır. 

“Yeni Sabah” xəbər verir ki,  27-ci məhəllədə yerləşən 2B saylı binanın qarşısının zəbt edilməsi sakinlərin narazılığna səbəb olub. 

Sakinlərdən Asif Lətifov saytımıza bildirib ki, binanın qarşısını zəbt edən şəxs orada özünə qanunsuz olaraq ev və təssərrüfat üçün tikili inşa edib.  pizza hut

“Düz yaşadığım binanın pəncərəsinin altıdır. Özünə 5 otaqlı ev tikib, binanın yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş yolunu bağlayıb. Həyətində müxtəlif ev heyvanları saxlayır. Sakinlərə narahatlıq yaradır. Həmçinin antisanitariya baş alıb gedir”, - deyə Asif Lətifov bildirib.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı Abşeronun icra başçısı İradə Gülməmmədovaya müraciət edib: “Müraciətimə operativ reaksiya veriblər. İcra nümayəndəsi Rafiq Yusifov əraziyə baxış keçirib. Bildirim ki, bu problem bir neçə ildir var. Bir neçə dəfə müvafiq qurumlara müraciət edilib. Lakin heç bir nəticəsi olmayıb. Burada başqa adamlar da əraziləri zəbt etmişddilər. Lakin onlar hamısı çıxarıldı. Bircə bu adama heç nə demirlər. Bilmirik kimdir, nəçidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!