Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirildi

Mədəniyyət

21 Fevral 2020 13:26 985


Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı şəhərində keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində tədbir və "Sonsuz dəhliz" adlı filmin nümayişi keçirilib. "Yeni Sabah" xəbər verir ki, tədbirin əvvəlində qonaqlar Səbail rayonu 6 və 189-190 nömrəli orta məktəb və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar. Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktəblərinin tələbələri, gənclər, mədəniyyət işçiləri, könüllülərin iştirakı ilə faciənin ildönümünə həsr olunmuş tədbiri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov açaraq Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat verib. Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərim Şükürov, Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor Həvva Məmmədova, faciənin canlı şahidi Ramin Quliyev və başqaları çıxış edərək Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışmış, bu gün nümayiş etdirilən "Sonsuz dəhliz" filminin Xocalı həqiqətlərinin geniş ictimaiyyətə, xüsusilə xarici ölkələrdə yaşayan vətəndaşlara obyektiv çatdırılmasinda böyük rolu olacağını vurğulayıblar. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" təbliğat kampaniyası çərçivəsində litvalı kino rejissor Andreas Brokasın çəkdiyi "Sonsuz dəhliz" filmi nümayiş etdirilib. https://cdn.yenisabah.az/files/01_41582277243.jpg https://cdn.yenisabah.az/files/02_11582277243.jpg https://cdn.yenisabah.az/files/04_61582277243.jpg https://cdn.yenisabah.az/files/05.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!