Xocalı ilə bağlı birgə bəyanat - 4470 nəfər dindirilib

saytların hazırlanması

Evə çatdırılma

Xocalı ilə bağlı birgə bəyanat - 4470 nəfər dindirilib

Siyasət

25 Fevral 2019 20:28 1002


Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

"Yeni Sabah"ın məlumatına görə, bəyanatda bildirilib ki, Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib:

"O cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib". Dördpendirli pizza

“Azərbaycanlılara qarşı soyqırımı törədildi. Buna görə məsuliyyəti Ermənistan daşıyır. Münaqişənin ən böyük faciələrindən biri Xocalıda törədildi. Xocalıda baş verən sistemli zorakılıq məqsədlərin tərkib hisssəsi olub. İƏT bu faciənin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edib. Lakin Ermənistan hələ də işğalçı qoşunların ərazilərimizdən çıxarılmasına dair tələblərə məhəl qoymur”, - deyə bəyanatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!