“Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətlərdən biridir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətlərdən biridir” - Vüqar Rəhimzadə

Siyasət

24 Fevral 2023 19:00 805


Azərbaycan xalqı ermənilərin tarixən başımıza gətirdikləri faciələri, o cümlədən Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra Ermənistana təklif olunan sülh müqaviləsindən bəhs edərkən daim bu məqamı xüsusi qeyd edir ki, yaşadığımız faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmarıq. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, zaman-zaman erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.  Dördpendirli pizza

 Vüqar Rəhimzadə diqqəti Xocalı faciəsinin dəhşətli miqyasının əks etdirən  rəqəmlərə yönəldib. Bildirib ki, həmin məşum gecədə dinc əhaliyə amansızlıqla divan tutuldu. 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insanlar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. 

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən insanlığa qarşı törədilmiş qətliamla bağlı müvafiq qətnamələr qəbul edilib. Xocalı faciəsi soyqırımı kimi ABŞ-ın 30-dan çox ştatında tanınıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!