Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq

Sosial

10 Sentyabr 2024 13:36 289


Bu il Şuşada 1 nömrəli tam orta məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq.

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bununla da 10-a yaxın məktəbin fəaliyyəti təmin ediləcək. pizza hut

O bildirib ki, Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq: “2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!