Xocalı cəlladlarına əsl cavab işğaldan azad edilən Xocalıda məhkəmə qurulması ola bilər.
"Yeni Sabah" xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.
Millət vəkili bildirib ki, bu gün o da hər bir Azərbaycan vətəndaşı kimi, Xocalıda qətlə yetirilənləri bir-bir anır. pizza mizza
“Bu soyqırımını törədən və törətdirən qaniçənlərə gəldikdə isə susuram. Çünki nə qəzəbim sözə sığır, nə də bu vəhşiyilin cavabı sözlə verilməlidir.
Cavab ancaq Xocalı cəlladlarına işğaldan azad edilən Xocalıda məhkəmə qurulması ola bilər!”, - deyə millət vəkili əlavə edib.
Telegram kanalımız