Xocalıda minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı - YENİLƏNDİ

Hadisə

18 Fevral 2026 16:10 424


Xocalı rayonu Muxtar kəndi ərazisində minaya düşən Çobanov Vasif Fizuli oğlunun son durumu açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Xankəndi Şəhər Mərkəzi Xəstəxanasının və Bərdə Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatına görə, fevralın 18-də saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Dominos pizza

Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

11:40

Fevralın 18-də şğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina partlayışı baș verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!