“Xocalısız 27 il…” tədbiri

saytların hazırlanması

Evə çatdırılma

“Xocalısız 27 il…” tədbiri

Rəsmi

27 Fevral 2019 19:47 946


Ümummilli lider Heydər Əliyevin 25 fevral 1997-ci ildə verdiyi 498 nömrəli qərar nəticəsində, hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur.

“Yeni Sabah” xəbər verir ki, 26 fevral respublikanın ümumtəhsil müəssisələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilib. Xızı rayon ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub. Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində şagird və müəllimlərin iştirakı ilə keçirilən tədbirdə Xocalı soyqırımı, faciə zamanı törədilən qətllər, Azərbaycan Milli Qəhrəmanlarının Xocalı uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıq haqqında şagirdlərə məktəb rəhbərliyi tərəfindən məlumat verilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şagirdlərin ifasında şeirlər səsləndirilib.

Məktəbin 4c sinfində Xanım Hüseynovanın rəhbərliyi ilə təşkil edilən “Xocalısız 27 il…” adlı tədbirdə şagirdlərə soyqırım haqqında məlumat verən Xanım müəllimə soyqırım zamanı ermənilərin törətdiyi qəddarlıqlardan bəhs edərək 1992-ci il 14 martda, Fransa mediyasında özünəməxsus yeri olan “Le Monde” qəzetində soyqırıma verilmiş qiyməti uşaqların nəzərinə çatdırıb: Toyuqlu pizza

“Uşaqlar, Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet şahidi olduğu mənzərədən təsirlənərək, həmin illərdə gördüklərini bu cür dilə gətirmişdi: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük… Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular.”

Sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş kompozisiyayla çıxış edərək, şeirlər səsləndirib, uşaqlara qarşı törədilmiş amansız qətlləri improvizasiya ediblər.

Sonda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!