“Xocalıya ədalət” jestlərlə təqdim olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

“Xocalıya ədalət” jestlərlə təqdim olundu - Video

Xalqın səsi

27 Fevral 2019 00:49 1309


Müğənni Elnarə Xəlilovanın “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnısına jest dilində klip çəkilib.  Layihə “Araxçın” MMC və “Silent Communicatian” komandasının təşkilatçılığı ilə ərsəyə gəlib. Nizami Kino Mərkəzində ekran işinin təqdimatı olub. Klipdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin şagirdləri çəkilib.  

“Yeni Sabah” xəbər verir ki, təqdimat mərasimində bir dəqiqəlik sükutdan sonra həmin şagirdlərin ifasında Azərbaycan Himni ilə başlayıb. Klipə baxdıqdan sonra isə mahnı sözlərinin müəllifi, Xocalı hadisələrinin canlı şahidi Yasif Savalan, Karlara Dəstək İctimai Birliyinin sədri Kamran Abbasov, Gənclər üçün təhsil mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və Elnarə Xəlilova, Araxçın MMC-nin rəhbəri Fatimə Süleymanova, jest dili surdotərcüməçisi Könül Quliyeva təəssüratlarını bölüşüblər. 

Mahnı eyni zamanda İngilis və Azərbaycan dillərində də ifa edilib. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir.  Jest dili ilə ekranlaşdırılan “Xocalıya ədalət” klipinin rejissoru Orxan Bektaş, prodüseri Cihan Deveci, operatoru Əhməd Baraşov, asistenti Elxan Kazımlıdır. pizza

Sənətçi mahnının İngilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Jest dili isə bütün dünyada olan məhdudiyyətli insanlara Xocalı soyqırımı haqqında məlumat verəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!