Xocasəndə baş verən yanğın söndürülüb.
Bu barədə Yenisabah.az-a FHN-dən məlumat verilib.
Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb. pizza mizza
Əlavə məlumat veriləcək.
***
Xocasən qəsəbəsində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Telegram kanalımız