Xocavənd şəhərinə köç başlayır -   PÜŞK ATILDI

saytların hazırlanması

Evə çatdırılma

Xocavənd şəhərinə köç başlayır - PÜŞK ATILDI

Siyasət

30 Dekabr 2025 10:33 920


Ermənistanın işğalından azad edilən Xocavənd şəhərinə ilk köç olacaq.

“Yeni Sabah” xəbər verir ki, dekabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavəndə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.

Keçmiş məcburi köçkünlərin ilk qrupu yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar. Pepperoni pizza

Bundan başqa, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə də köç olacaq. Adıçəkilən yaşayış məntəqəsinin sakinləri arasında da evlərin bölgüsünə dair püşkatma mərasimi keçirilib. 

Qeyd edək ki, Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində Xocavənd şəhəri işğaldan azad edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!