“Xomeneinin fətva verməsi bizi qələbəyə apardı” - Şeyx bu çıxışına görə sərt tənqid olundu + Video

saytların hazırlanması

Evə çatdırılma

“Xomeneinin fətva verməsi bizi qələbəyə apardı” - Şeyx bu çıxışına görə sərt tənqid olundu + Video

Din

21 İyul 2021 19:18 10184


“Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var”.

Yenisabah.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, - deyə Şeyx bildirib. Dördpendirli pizza

Qeyd edək ki. Allahşükür Paşazadənin İranla bağlı dedikləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Şeyxdən istefa verməsini tələb ediblər.

Həmin videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!