AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan görüşünün hakim briqadası müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, oyunu bolqarıstanlı hakimlərlər briqadası idarə edəcək. Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı martın 21-də saat 23:45-də başlayacaq. pizza
Naibə Məmmədova
Telegram kanalımız