Bosniya və Herseqovina millisi AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda doğma divarlar arasında Ermənistanı qəbul edəcək.
"Yeni Sabah" xəbər verir ki, bosniyalıların baş məşqçisi Robert Prosineçki mətbuat konfransında millimizin oyunundan danışıb:
"Millətlər Liqasında özünəinam qazandıq. Komandada yaxşı mühit var. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Asan oyun yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm". pizza hut
Qeyd edək ki, Xorvatiya AÇ-nin seçmə mərhələsinin ilk turunda millimizə 2:1 hesabı ilə qalib gəlib.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.
Telegram kanalımız