Xoselu qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Xoselu qayıdır

İdman

28 Mart 2026 17:41 518


Madridin "Real" klubunun keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər.

"Yeni Sabah" xəbər verir ki, İspaniya millisinin sabiq forvardı ilə bir neçə komanda maraqlanır.

Onun hazırda çıxış etdiyi Qətərin "Əl-Qarafa" klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Dördpendirli pizza

Vaxtilə "Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi olan Xoselu karyerasının növbəti mərhələsi ilə bağlı yaxın həftələrdə qərar verəcək. O, cari mövsümdə "Əl-Qarafa"nın heyətində bütün yarışlarda 22 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!