Xoşqədəm Hidayətqızıdan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm Hidayətqızıdan xəbər var

Şou

06 Aprel 2026 16:59 3890


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb.

Hazırda televiziyadakı fəaliyyətlərinə son qoyulan aparıcılar sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir.

"Səni axtarıram" layihəsinin yaradıcısı olan Xoşqədəm Hidayətqızı sosial şəbəkədə aktiv paylaşımlar edir. O, daha çox proqramı yayımlanan zaman orada yer alan həkimləri paylaşır. Aparıcı həkimlərin reklamlarını hekayə bölümündə etməklə məşğuldur. Marqarita pizza

"Bizimləsən" proqramından sonra Zaur Baxşəliyev də sosial şəbəkədəki fəaliyyəti ilə gündəmdədir. O, şirkətlərlə reklam əməkdaşlığını nümayiş etdirir.

Aparıcı Elgiz Əkbər isə "Elgizlə izlə" proqramından sonra sosial şəbəkə paylaşımlarını da dayandırıb. Aparıcı yalnız bir dəfə öz fotosunu yayımlayıb.

Aparıcı Zaur Kamal "Həmin Zaur" bir neçə gündür gəzinti görüntülərini yayımlayır. Aparıcı hazırda işi ilə bağlı heç bir paylaşım etmir.

Aparıcı Tarix Əliyev isə daha çox şəxsi paylaşımları ilə gündəmdədir. Tolik bacısının xeyir işi, qızının ad günü məclislərindən görüntülərlə sosial şəbəkədə gündəmə gəlib.

Aparıcı Zaur Nəbioğlu isə "Rəngarəng" proqramından sonra sosial şəbəkədə paylaşımlarını da dayandırıb.(axsam.az)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!